• Bakı 17° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Azərbaycan millisinin baş məşqçisi: "Yığmada gənc istedadlar yetişməkdədir"

İDMAN

27 Oktyabr 2025 | 16:10

Azərbaycan millisinin baş məşqçisi: Yığmada gənc istedadlar yetişməkdədir

Azərbaycanın yeniyetmə və gənc qızlardan ibarət qılıncoynatma millisində gənc istedadlar yetişməkdədir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Report-a açıqlamasında sözügedən yığmanın baş məşqçisi Cavanşir Səfərov deyib.

O, yeniyetmə sablyaçıların Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "European CC Tbilisi-2025" beynəlxalq turnirində 4 medal qazanmasına münasibət bildirib:

"Komandamız Gürcüstanın paytaxtı Tbilisidə keçirilən beynəlxalq turnirdə uğurlu çıxışlar yadda qaldı. Qazaxıstan, Gürcüstan komandalarını qabaqlayaraq komanda yarışında birinci olduq. Sablyaçılarımız görüşlərdə kifayət qədər əzmkarlıq nümayiş etdirdilər. Texniki ustalıq və komanda ruhu qələbələrimizdə əsas rol oynadı. Bir daha göstərdik ki, bizim rəqabətədavamlı komandamız var, gənc istedadlar yetişməkdədir. İnanmıram ki, bundan sonra da beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcəyik".

Qeyd edək ki, təmsilçilərimiz yarışı 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar.


SON XƏBƏRLƏR