Abşeron rayonunun Mehdiabad qəsəbəsində qaz xəttində baş vermiş qəza yanğına səbəb olub.
Bakıvaxtı.az Oxu.Az-a istinadən xəbər verir ki, məlumatına görə, qəza səbəbindən qəsəbəni təmin edən əsas qaz infrastrukturu ciddi zədələnib.
Hazırda Mehdiabad qəsəbəsinin böyük bir hissəsinə mavi yanacağın verilişi dayandırılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, nazirliyin "112" qaynar xəttinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Əhməd Cavad küçəsində qaz borusunda yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumat əsasında əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.
Görülən tədbirlər nəticəsində yanğın söndürülüb.
Bakı 




