• Bakı 19° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

İstanbula uçan təyyarə Bakıda məcburi eniş edib

HADİSƏ

28 Sentyabr 2025 | 09:21

İstanbula uçan təyyarə Bakıda məcburi eniş edib

"Turkish Airlines" aviaşirkətinə məxsus, Aşqabad – İstanbul marşrutu üzrə hərəkət edən Airbus A321 tipli hava gəmisinin kapitanı göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problemlə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.

Aeroportdan Bakıvaxtı.az-a verilən məlumata görə, təyyarə yerli vaxtla saat 08:30-da Bakı hava limanına təhlükəsiz şəkildə eniş edib.

Sərnişinə hava limanında dərhal təcili tibbi yardım göstərilib və səhhəti nəzarətə götürülüb.

Heydər Əliyev Beynəlxalq Aeroportu hər zaman beynəlxalq təhlükəsizlik normalarına və operativ reaksiya standartlarına uyğun fəaliyyət göstərərək, aviadaşıyıcılara və sərnişinlərə etibarlı dəstək göstərir.


SON XƏBƏRLƏR

27 Sentyabr 2025