• Bakı 29° C

    4.13 m/s

  • USD - 1.7

    EUR - 1.8509

    RUB - 0.0193

13 ölkə “Şimal-Cənub” dəhlizi layihəsində iştirakını təsdiqləyib

DÜNYA

19 Iyun 2024 | 14:45

13 ölkə “Şimal-Cənub” dəhlizi layihəsində iştirakını təsdiqləyib

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsində 13 ölkə iştirak edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin müşaviri İqor Levitin Beynəlxalq Sibir Nəqliyyat Forumunun plenar iclasında videobağlantı vasitəsilə bildirib.

“Şimal-Cənub dəhlizi layihəsində iştirak edən demək olar bütün ölkələrlə - onların sayı 13-dür – razılaşma əldə edilib, onların hamısı iştirakını təsdiqləyib”, - o deyib.

Levitin əlavə edib ki, hazırda Şimal Dəniz Yollarına (ŞDY) çıxışın inkişafına təcili ehtiyac var: “Uralda və Sibirdə dəmir yolu xətlərinin tikintisi layihəsini həyata keçirmək lazımdır. Bu, Transsibir magistralında sıxlığı aradan qaldıracaq və Asiya ölkələrinə yükdaşımaları artıracaq”.

Qeyd edək ki, “Şimal-Cənub” dəhlizi Süveyş kanalına alternativ kimi nəzərdən keçirilir. Dəhlizin ən mühüm quru hissəsi Rusiya, Azərbaycan və İrandan keçir. Hazırda dəhlizboyu daşımaların əsas hissəsi yük maşınlarından istifadə etməklə həyata keçirilir.


SON XƏBƏRLƏR