• Bakı 25° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.8792

    RUB - 0.0189

“Bayden namizədliyini geri götürməyə qərar verib

DÜNYA

19 Iyul 2024 | 13:56

“Bayden namizədliyini geri götürməyə qərar verib”

“ABŞ Prezidenti Co Bayden prezidentliyə namizədliyini geri götürməyə qərar verib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-nin Demokratlar partiyasında mənbəyə istinadən “Newsmax”ın jurnalisti Mark Halperin iddia edib.

Onun sözlərinə görə, Ağ Evin hazırkı rəhbəri qərarını bu həftəsonu elan etməyi planlaşdırır: “Bunun üçün nitq hazırlanıb. O, prezident olaraq fəaliyyətini davam etdirəcək. Mənə, həmçinin bildirdilər ki, o, vitse-prezident Kamala Harrisi öz xələfi olaraq dəstəkləməyəcək”.

Xatırladaq ki, C.Bayden özü dəfələrlə seçkidən geri çəkilməyəcəyini açıqlayıb. ABŞ-də prezident seçkiləri noyabrın 5-də baş tutacaq.


SON XƏBƏRLƏR