• Bakı 9° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İsrail ordusunun iki mayoru ÖLDÜRÜLDÜ

DÜNYA

18 Avqust 2024 | 13:08 | Müəllif: Subhan Mahmudov

İsrail ordusunun iki mayoru ÖLDÜRÜLDÜ

Qəzzada aparılan əməliyyat zamanı daha 2 İsrail hərbçisi ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Maddi-texniki təminat korpusunun briqadasının 34 yaşlı iki mayoru – Mordexay Yosef Ben Şuam və Yotam İtsxak Pelets dünən Qəzzada hərbi kolonun hərəkəti zamanı yolda quraşdırılmış bombanın partlaması nəticəsində həlak olublar. Partlayış nəticəsində yaralananlar da var.

Bununla da Qəzzada aparılan quru əməliyyatları zamanı ölən İsrail hərbçilərinin sayı 331-ə çatıb. Ümumilikdə oktyabrın 7-dən Qəzzada vəziyyətin gərginləşməsindən sonra ölən İsrail hərbçilərinin sayı isə 691 nəfərdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR