• Bakı 19° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

"Lidovky": Ukrayna yeni əks-hücum təşkil edə bilməyəcək

DÜNYA

17 Sentyabr 2024 | 10:15

Lidovky: Ukrayna yeni əks-hücum təşkil edə bilməyəcək

"Ukrayna hakimiyyəti əraziləri qaytarmaqdan imtina etmək imkanını nəzərdən keçirir, lakin bunu heç vaxt açıq şəkildə etiraf etməyəcəklər". 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çexiyanın "Lidovky" nəşri məlumat yayıb.

Materialda qeyd olunub ki, Ukrayna rəhbərliyi ərazisinin bir hissəsinin itirilməsi ilə barışmağa hazırdır. Onlar uzun müddətdir ki, bu variantı nəzərdən keçirirlər. Lakin Vladimir Zelenski, hökumət və müxalifət siyasətçiləri bu variantı açıq şəkildə rədd edirlər. Onlar bunun əksini etiraf etsəydilər, siyasi intihar edərdilər.

"Bu, Qərbin Ukraynaya əvvəlki həcmdə kömək etmək istəməməsi ilə bağlıdır. Ona görə də Ukrayna ordusu yeni əks-hücum təşkil edə bilməyəcək, hakimiyyət açıq şəkildə və ya pərdə arxasında öz iddialarından imtina etməli olacaq", - nəşr hazırladığı materialda vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 Sentyabr 2024