Türkiyədə meşə yanğını olub.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, İzmirin Kemalpaşa rayonunda meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.
Küləyin təsiri ilə alov qısa zamanda ətrafa yayılıb.
Bölgədəki qrupların koordinasiyalı müdaxiləsi ilə yanğının 3 saat sonra nəzarətə götürüldüyü bildirilib.
Mina Mikayılova
















