• Bakı 16° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Milyarderin evi yandı

DÜNYA

15 Noyabr 2024 | 22:26 | Müəllif: Subhan Mahmudov

Milyarderin evi yandı

Rusiyanın paytaxtı Moskvanın Arbat küçəsində rusiyalı milyarder Dmitri Ozerskiyə məxsus mənzildə yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Mash" Teleqram kanalı yazıb.

Starokonyuşenni prospektində iş adamının 300 metr uzunluğunda evində mebel, asma tavan və şəxsi əşyalar yanıb.

Ozerskinin özü isə hazırda şəhərdə olmadığını və hadisədən xəbərsiz olduğunu bildirib. Qonşular hadisənin qısaqapanmadan baş verdiyini iddia edirlər. Hadisə yerinə gələn yanğınsöndürənlər qısa müddətdə yanğını söndürüb, xəsarət alan olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026