• Bakı 16° C

    3.55 m/s

Türkiyə Suriyada PKK-nı məhv edəcək - Yaşar Gülər

DÜNYA

15 Dekabr 2024 | 20:26 | Müəllif: Subhan Mahmudov

Türkiyə Suriyada PKK-nı məhv edəcək - Yaşar Gülər

Türkiyə Suriyada Kürdüstan Fəhlə Partiyasını (PKK) məhv etmək niyyəti barədə ABŞ-ni məlumatlandırıb və Vaşinqtonun “mövqeyinə yenidən baxacağına” ümid edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​deyib.

O vurğulayıb ki, nə Suriya xalqı, nə yeni Suriya rəhbərliyi, nə də Türkiyə PKK-nın Suriyada fəaliyyət göstərməsinə icazə verməyəcək.

“Bizim prioritetimiz PKK terror təşkilatını məhv etməkdir. Biz bunu amerikalı tərəfdaşlarımıza açıq şəkildə çatdırdıq. Biz onlardan öz mövqelərinə yenidən baxacaqlarını gözləyirik”, - deyə nazir qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026