Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq sazişini şərh edib.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
“Vaşinqtonla belə bir tərəfdaşlıq qurmaq Ermənistan Respublikasının suveren hüququdur və ikitərəfli münasibətlərin inkişafı çərçivəsində həyata keçirilir”, – deyə Tasmaqambetov qeyd edib.
Eyni zamanda o bildirib ki, İrəvan və Vaşinqton bərabər və bölünməz təhlükəsizlik prinsipindən çıxış etməlidir. Tərəfdaşlıq digər ölkələr və təşkilatlar üçün təhlükə yaratmamalıdır.Ermənistan Xarici İşlər Nazirliyinin sosial şəbəkədəki rəsmi səhifəsində verilən məlumata görə, yanvarın 14-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken strateji tərəfdaşlıq sənədini imzalayacaqlar. Tədbir Vaşinqtonda, Kolumbiya dairəsində yerli vaxtla saat 22:00-da (Moskva vaxtı ilə 21:00) keçiriləcək. ABŞ Dövlət Departamenti mərasimi birbaşa yayımda təqdim edəcək.
Nuriyyə Musayeva