• Bakı 23° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Bələdiyyə üzvünün qızının PKK ilə əlaqəsi aşkarlandı

DÜNYA

13 Fevral 2025 | 15:29

Bələdiyyə üzvünün qızının PKK ilə əlaqəsi aşkarlandı

Sancaktepe Bələdiyyəsinin CHP-dən olan Məclis Üzvü Elif Gülün qızı Dilan Gülün PKK terror təşkilatı sıralarında fəaliyyət göstərdiyi müəyyən edilib.

Bakıvaxtı.az
bu barədə yerli mediaya istinadla xəbər verir.

Məlumata görə, Elif Gül və həyat yoldaşı Fethi Ahmet Gül qızlarını dağdakı PKK düşərgəsində ziyarət ediblər.

Terrorla bağlı aparılan istintaq çərçivəsində ümumilikdə 10 nəfər şübhəli qismində saxlanılaraq məhkəməyə göndərilib.

Araşdırmalar zamanı Dilan Gülün 2014-cü ildə Habur Sərhəd Qapısından Metina bölgəsinə aparıldığı və terror təşkilatına təhvil verildiyi müəyyən edilib.

Nuriyyə Musayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026