• Bakı C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.774

    RUB - 1.8085

Moldovada Rusiya Mədəniyyət Mərkəzi bağlanacaq

DÜNYA

13 Fevral 2025 | 16:25

Moldovada Rusiya Mədəniyyət Mərkəzi bağlanacaq

Moldovada Rusiya Elm və Mədəniyyət Mərkəzi bağlanacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"XİN mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında 1998-ci ildə imzalanmış Moldova-Rusiya hökumətlərarası sazişinin birtərəfli ləğvi barədə qərar qəbul edib. Sazişin ləğvi proseduru başa çatdıqdan sonra Rusiya Mədəniyyət Mərkəzi ölkəmizdə fəaliyyətini dayandıracaq", - nazirlik vurğulayıb.

Rusiyanın Kişineudakı səfiri Oleq Ozerov bu gün Moldova XİN-ə çağırılıb və ona müvafiq nota təqdim edilib.

XİN-dən bildirilib ki, Kişineu bu qərarı Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Moldovanın hava məkanını pozaraq ölkənin milli təhlükəsizliyinə ciddi təhdid yaratmasına cavab olaraq qəbul edib.


SON XƏBƏRLƏR