• Bakı 15° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Merkel: “Rusiyanın maraqları nəzərə alınmalıdır”

DÜNYA

15 Mart 2025 | 16:08

Merkel: “Rusiyanın maraqları nəzərə alınmalıdır”

"Rusiya Prezidenti Vladimir Putin hazırda əlində olan vasitələrlə Avropa İttifaqını (Aİ) zəiflətməyə çalışır".​​​​​

Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel deyib.

Rusiyanın Baltikyanı ölkələr, Almaniya və Polşaya hücum edib-etməyəcəyi ilə bağlı suala Merkel belə cavab verib: “Rusiyanın hərbi doktrinasının bir hissəsi digər ölkələri zəiflətmək məqsədi daşıyır”.​

Bununla belə, sabiq kansler Rusiyanın maraqlarının nəzərə almaq lazım olduğunu vurğulayıb.

“Onun başqa ölkəyə hücum etmək üçün heç bir bəhanəsi yoxdur. Amma Rusiyanın maraqlarından da danışmaq lazımdır”.

Merkelin fikrincə, Rusiya özünə ən güclü rəqib kimi Almaniya və ya Aİ-ni yox, ABŞ-ni görür.​

Keçmiş kansler əlavə edib ki, Trampın Putinin tərəfində olub-olmayacağını hələlik dəqiq söyləmək mümkün deyil: “Amma ABŞ-nin Rusiya ilə birlikdə BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünə qarşı qətnamə qəbul etməsi olduqca təəccüblü idi”.


SON XƏBƏRLƏR