• Bakı 10° C

    14.61 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

ABŞ-İran danışıqları Romada keçiriləcək

DÜNYA

14 Aprel 2025 | 15:35

ABŞ-İran danışıqları Romada keçiriləcək

İtaliyanın xarici işlər naziri Antonio Tajani İran ilə ABŞ arasında nüvə müzakirələrinin ikinci mərhələsinin Romada keçiriləcəyini təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, Antonio Tajani qeyd edib ki, ABŞ və İran arasında nüvə danışıqlarının növbəti mərhələsi Romada baş tutacaq.

    “Biz tərəflərdən, eləcə də vasitəçi kimi çıxış edən Omandan sorğu aldıq və müsbət cavab verdik”, - Tajani bildirib.

    Qeyd edək ki, ABŞ və İran arasında danışıqların ilk raundu aprelin 12-də Omanda keçirilib. Hər iki tərəf danışıqların müsbət və konstruktiv keçdiyini bəyan edib.


    SON XƏBƏRLƏR