• Bakı 16° C

    11.19 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

Peskov: Rusiya heyəti danışıqlar üçün sabah İstanbulda olacaq

DÜNYA

14 May 2025 | 13:45

Peskov: Rusiya heyəti danışıqlar üçün sabah İstanbulda olacaq

Rusiya nümayəndə heyəti cümə axşamı, yəni sabah Ukrayna nümayəndə heyətini İstanbulda gözləyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml rəsmisi İstabula gedəcək nümayəndə heyətinin tərkibi açıqlamayıb.

"Planda heç nə dəyişməyib. Prezidentdən müvafiq göstəriş alan kimi bunu edəcəyik. Lakin mən bir daha təsdiqləyə bilərəm ki, mayın 11-də prezidentin bəyanatında deyilənlər öz aktuallığını qoruyub saxlayır. Həqiqətən də, Rusiya nümayəndə heyəti Ukrayna nümayəndə heyətinin mayın 15-də İstanbulda gözləyəcək", - Peskov vurğulayıb.


SON XƏBƏRLƏR