Qəzzada ölənlərin sayı açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son 24 saatda İsrailin hücumları nəticəsində 20 nəfərin həyatını itirdiyi, 125 nəfərin isə yaralandığı bildirilib.
7 oktyabr 2023-cü il tarixindən etibarən hücumlarına başladıqdan sonra ümumi can itkisinin 52 min 928 nəfərə, yaralı sayının isə 119 min 846 nəfərə yüksəldiyi qeyd edilib.
Nuriyyə Musayeva