• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Pakistanda İrana hücumlara qarşı etirazlar başladı

DÜNYA

13 Iyun 2025 | 14:39 | Müəllif: Qalib İbrahimoğlu

Pakistanda İrana hücumlara qarşı etirazlar başladı

Pakistanda İsrailin İrana qarşı həyata keçirdiyi hərbi hücumlara etiraz olaraq ölkənin müxtəlif şəhərlərində kütləvi nümayişlər keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı İranın Tasnim xəbər agentliyi yayıb.

Etirazçılar İsrailin son hərəkətlərini aqressiya və beynəlxalq hüququn pozulması kimi qiymətləndirərək, Tel-Əvivin bölgədə sabitliyi pozduğunu bəyan edirlər. Aksiya iştirakçıları həmçinin Pakistan hökumətini İsrailə qarşı daha sərt mövqe tutmağa çağırır və İrana dəstək şüarları səsləndirirlər.

Etirazlar İslamabad, Lahor, Kəraçi və digər iri şəhərlərdə təşkil olunub. Aksiyaçılar əllərində “İsrailə ölüm”, “İranla həmrəyik” kimi plakatlar daşıyır və bəzi yerlərdə ABŞ əleyhinə şüarlar da səslənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026