• Bakı 28° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

HƏMAS bu fondun ləğvini tələb etdi

DÜNYA

13 Iyul 2025 | 12:01

HƏMAS bu fondun ləğvini tələb etdi

HƏMAS İsrail və ABŞ tərəfindən idarə olunan Qəzzaya Humanitar Yardım Fondunun ləğvini tələb edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun Teleqram kanalında yayılan məlumatda qeyd olunub.

“Sionist-Amerika qüvvələri tərəfindən yardım paylama məntəqələri yaxınlığında davam edən sistemli qətllər onların xalqımızın mühasirəsində, aclıq və qətlində cinayətkar rolunu təsdiqləyir. Bunun üçün bütün ərəb dünyası və beynəlxalq ictimaiyyətin bu qeyri-insani mexanizmi dağıdıb onu yaradanların ədalət qarşısında cavab verməsi üçün dərhal hərəkətə keçməsini tələb edirik”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, “Əl Cəzirə” telekanalı Qəzzanın cənubundakı Rəfah şəhərinin Əl-Şakuş məhəlləsində yardım fondunun obyektlərindən birinin qarşısında 34 fələstinlinin güllələndiyi barədə məlumat yaymışdı.


SON XƏBƏRLƏR

12 Iyul 2025