ABŞ prezidenti Donald Tramp Çin mallarına tətbiq edilən yüksək gömrük rüsumlarını daha 90 gün müddətinə dayandırıb.
Bakıvaxıt.az xəbər verir ki, Ağ Evdən verilən məlumata görə, fərman iki ölkə arasında ticarət balanssızlığının aradan qaldırılması və ədalətsiz ticarət təcrübələrinə son qoyulmasına yönəlib.
Məlumata görə, bu qərar həmçinin ABŞ ixracatının bazara çıxışını genişləndirmək və milli təhlükəsizlik məsələlərində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.
Fərmana əsasən, Çindən idxal olunan mallara artan tariflərin tətbiqi noyabrın 10-dək təxirə salınıb.
Tramp "Truth Social" hesabında bildirib ki, razılaşmanın digər bütün şərtləri dəyişməz qalır.
Əli Hüseynov