• Bakı 22° C

    15.14 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.0295

Trampın qeyri-müəyyən Qəzza siyasəti: Netanyahunun sərbəst manevr imkanları

DÜNYA

11 Sentyabr 2025 | 09:42

Trampın qeyri-müəyyən Qəzza siyasəti: Netanyahunun sərbəst manevr imkanları

ABŞ Prezidenti Donald Trampın Qəzza müharibəsinə dair yanaşması artıq beynəlxalq müşahidəçilər tərəfindən “qeyri-müəyyən və sistemsiz” kimi xarakterizə olunur.

Onun seçki qələbəsindən dərhal sonra İsrailin Baş naziri Benyamun Netanyahudan müharibəni Ağ Evə dönüşünə qədər bitirməyi istəməsi aydın mövqedən xəbər verirdi. Lakin hakimiyyətə qayıtdıqdan sonra siyasətində daha çox qeyri-sabitlik müşahidə olunmağa başladı: pozulan müddətlər, tələblərin yumşaldılması, bir-birinə zidd açıqlamalar və konkret çərçivələrin olmaması. Bu, İsrail rəhbərliyinə, xüsusilə də Netanyahunun hökumətinə geniş hərəkət sahəsi açdı.

Netanyahunun sərbəst manevr imkanları isə münaqişənin gedişinə birbaşa təsir göstərir. ABŞ-nin sərt tələblərdən imtina etməsi və təzyiq mexanizmlərinin zəifləməsi İsrailin hərbi əməliyyatlarını davam etdirməsi üçün əlverişli şərait yaradıb. Qətərdəki son hadisələr də göstərdi ki, Vaşinqtonun qeyri-sabit mövqeyi Netanyahunun strateji hesablamalarını asanlaşdırır.

Belə vəziyyətdə, Tramp administrasiyasının siyasəti yalnız İsrailin HƏMAS-a qarşı məhdudiyyətsiz əməliyyatlarını davam etdirməsinə şərait yaratmır, həm də ABŞ-ın regional vasitəçilik imkanlarını zəiflədir. Bu yanaşma nəticəsində Vaşinqton həm ərəb dünyasında, həm də beynəlxalq ictimaiyyətdə etibarlılıq böhranı ilə üz-üzə qala bilər. ABŞ-nin qeyri-müəyyən və sistemsiz Qəzza siyasəti qısa müddətli manevr imkanları yaratsa da, uzunmüddətli perspektivdə həm regionda, həm də qlobal diplomatiyada riskləri artırır.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR

10 Sentyabr 2025