• Bakı 16° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Bu ölkədə 1 milyarda yaxın saxta avro aşkar edildi

DÜNYA

10 Oktyabr 2025 | 23:21

Bu ölkədə 1 milyarda yaxın saxta avro aşkar edildi

Rumıniya Gömrük Xidməti ölkənin cənub-şərqindəki Konstansa limanında dəyəri 1 milyard avroya yaxın olan saxta əskinaslar aşkar edib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda “TASS” Rumıniyanın hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.

Belə ki, Rumıniya polisi Konstansa limanında 160 qutu saxta əskinas aşkar edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Avropa Polis Agentliyinin (Avropol) koordinasiya etdiyi “Decoy III” əməliyyatı çərçivəsində saxta pulların üstünü açıblar. 

Məlumata görə, 40 bağlamada seriya nömrəsi olmayan 1,2 milyon 500 avroluq əskinaslar, 20 bağlamada isə seriya nömrəsi olmayan 600 min 200 avroluq əskinas olub. Altmış bağlamada həmçinin seriya nömrəsi olan 1,8 milyon avroluq 100 (180 milyon avro) əskinas, 40 bağlamada isə seriya nömrəsi olan 1,2 milyon avroluq 50 (60 milyon avro) əskinas var idi. İstintaqın davam etdirilməsi üçün ümumi dəyəri 960 milyon avro olan 4,8 milyon əskinasın hamısı müsadirə edilib.


SON XƏBƏRLƏR

10 Oktyabr 2025