• Bakı 11° C

    1.85 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

BVF rəhbəri Avropanın daha çox ABŞ-nin maraqlarına xidmət etdiyi qənaətindədir

DÜNYA

09 Noyabr 2025 | 22:57

BVF rəhbəri Avropanın daha çox ABŞ-nin maraqlarına xidmət etdiyi qənaətindədir

Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva hesab edir ki, hazırda Avropanın ehtiyatları ABŞ-nin maraqlarına xidmət edir.

Bakıvaxtı.az-ın məlumatına görə, icraçı direktor bu fikirlərini BTV-yə verdiyi müsahibəsində səsləndirib.

"Avropanın güclü elementi olan ümumi bazar dayanıb. Birincisi, bu bazar şirkətlərin qeydiyyatı üçün 28 müxtəlif rejim yaradıb, bu isə əlavə problemlərə səbəb olub", – deyə maliyyəçi bildirib.

"İkincisi, banklar arasında əməkdaşlıq qurmaq, kapital ittifaqı yaratmaq lazım idi, lakin hazırda ehtiyatlarımızın bir hissəsi başqa regionlarda, ilk növbədə, ABŞ-də işləyir. Biz isə istəyirik ki, vətəndaşlarımızın topladığı vəsaitlər bizim – avropalıların xeyrinə işləsin", – Georgiyeva davam edib: "Üçüncüsü, vətəndaşlarımızın peşə bacarıqlarına uyğun olaraq Aİ ölkələri arasında sərbəst hərəkət etməsini istəyirik, lakin onlar getdikləri hər ölkədə peşəkarlıqlarını sübut etməyə məcbur olurlar".

"Dördüncüsü, Avropanın həqiqətən, rəqabətqabiliyyətli olması üçün enerji sistemlərini birləşdirməliyik", – deyə o yekunlaşdırıb.


SON XƏBƏRLƏR

09 Noyabr 2025