• Bakı 10° C

    6.74 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.2094

Cakartada güclü yanğın: 22 nəfər öldü

DÜNYA

09 Dekabr 2025 | 19:17

Cakartada güclü yanğın: 22 nəfər öldü

Bu gün İndoneziyanın paytaxtı Cakartada yeddimərtəbəli binada baş vermiş yanğın nəticəsində 22 nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, Mərkəzi Cakarta polisinin rəisi Susatio Purnomo Kondronun sözlərinə görə, hazırda yanğın söndürülüb və aşkar edilmiş cəsədlər tanınması üçün xəstəxanaya göndərilib.

Bildirilib ki, yanğın günorta saatlarında birinci mərtəbədə başlayıb və sonra yuxarı mərtəbələrə yayılıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR