• Bakı 10° C

    7.36 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Fransa danışıqlarının nəticələri necə olub? - Zelenski açıqladı

DÜNYA

08 Yanvar 2026 | 17:22

Fransa danışıqlarının nəticələri necə olub? - Zelenski açıqladı

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Ukrayna nümayəndə heyətinin Fransada apardığı danışıqların nəticələri barədə məruzə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında bildirib.

“Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə dair ikitərəfli sənəd ABŞ Prezidenti Donald Tramp ilə ən yüksək səviyyədə yekunlaşdırılmağa faktiki olaraq hazırdır”, – deyə o yazıb.

Ukrayna liderinin sözlərinə görə, ölkə Avropa və Amerika komandalarının fəaliyyətini birləşdirməyə nail olub və birgə şəkildə, o cümlədən Ukraynanın bərpası və iqtisadi inkişafı ilə bağlı sənədlər müzakirə olunub

O qeyd edib ki, münaqişənin başa çatdırılması üçün əsas çərçivəyə daxil olan mürəkkəb məsələlər də müzakirə olunub və Ukrayna tərəfi bu sənədin yekunlaşdırılması üçün mümkün variantları təqdim edib./Trend 


SON XƏBƏRLƏR

08 Yanvar 2026