Pentaqon Harvard Universiteti ilə əlaqələrini kəsir, hərbi təlim proqramlarını, təqaüd dəstəyini, sertifikatlaşdırma və təcrübə proqramlarını dayandırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Pit Heqset məlumat verib.
"Uzun müddət ərzində bizim qurum ən yaxşı və ən istedadlı zabitləri Harvarda göndərirdi, ümid edirdik ki, universitetin bizim döyüşçülərimizi daha yaxşı başa düşəcək və qiymətləndirəcək. Bunun əvəzinə olduqca çox sayda zabitimiz Harvard üzvlərinə xas şəkildə - qlobalist və radikal ideologiyalarla zəngin fikirlərlə dönüblər və bu da döyüş bölmələrimizin təkmilləşdirilməsinə töhfə vermir", - deyə Heqset bildirib.
Heqsetin sözlərinə görə, Harvard artıq hərbçilərin inkişafı üçün uyğun məkan deyil. O bəyan edib ki, buna səbəb universitetin antisemitizmə icazə verən və HƏMAS hərəkatına dəstək atmosferi yaradan siyasəti, eləcə də Çin Kommunist Partiyası (ÇKP) ilə əməkdaşlıq da daxil olmaqla, bir sıra beynəlxalq akademik proqramlarıdır./Oxu.Az
Bakı 




