• Bakı C

    6.87 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Serbiya bu məhsulların ixracını müvəqqəti qadağan edib

DÜNYA

09 Mart 2026 | 13:46

Serbiya bu məhsulların ixracını müvəqqəti qadağan edib

Serbiya hökuməti neftin və mühərriklər üçün yanacaq kimi istifadə olunan bütün neft məhsullarının ixracını 10 gün müddətinə qadağan etmək barədə qərar qəbul edib.

Bakıvaxtı.az BGNES portalına istinadən xəbər verir ki, bu barədə energetika naziri Dubravka Cedoviç Handanoviç bildirib.

Qeyd olunub ki, bu tədbirlərin əsas məqsədi tədarüklərin qlobal miqyasda pozulması fonunda daxili bazarı defisitdən və qiymətlərin kəskin artımından qorumaqdır.

"Qadağa dizel yanacağı, benzin və xam neftin bütün nəqliyyat növləri ilə ixracına martın 19-dək şamil edilir, bundan sonra növbəti qərarlar qəbul ediləcək. Qadağanın mahiyyəti dünya bazarındakı qlobal sarsıntılar fonunda daxili bazarı defisitdən və qiymətlərin kəskin artımından qorumaqdır", - D.Handanoviç bildirib.

O həmçinin vurğulayıb ki, Serbiya hökuməti vətəndaşları və iqtisadiyyatı qorumaq üçün mümkün olan hər şeyi edəcək.


SON XƏBƏRLƏR

08 Mart 2026