• Bakı 23° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Daha bir müharibə başlayır

DÜNYA

08 Aprel 2026 | 12:36 | Müəllif: Əli Hüseynov

Daha bir müharibə başlayır

Şimali Koreya Yapon dənizi istiqamətində bir neçə ballistik raket buraxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya hərbçilərinə istinadən məlumat yayıb.

Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi bildirib ki, raketlər ölkənin şimalındakı Vonsan bölgəsindən buraxılıb.

“Ordumuz yüksək döyüş hazırlığını qoruyur. Eyni zamanda əlavə buraxılış ehtimalını nəzərə alaraq müşahidəni gücləndirir və Şimali Koreyanın raket fəaliyyəti ilə bağlı ABŞ və Yaponiya ilə sıx məlumat mübadiləsi aparır”, – deyə bəyanatda qeyd olunub.

Sonuncu dəfə Şimali Koreya martın 14-də, Cənubi Koreya və ABŞ-ın illik yaz hərbi təlimləri zamanı eyni istiqamətdə bir neçə ballistik raket buraxmışdı.\\konkret.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026