• Bakı 19° C

    3.52 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

EBRD-yə Qafqaz üzrə rəhbər təyinatı olub

SİYASƏT

07 Sentyabr 2026 | 12:09 | Müəllif: Əli Hüseynov

EBRD-yə Qafqaz üzrə rəhbər təyinatı olub

Avropa Yenidənqurma və İnkişaf Bankında (EBRD) yeni təyinat olub.

Bakıvaxtı.az xəbər verir ki, Tea Melikadze EBRD-nin İnfrastruktur üzrə Qafqaz regional rəhbəri təyin edilib. O sentyabr ayından yeni vəzifəsinin icrasına başlayıb.

    Tea Melikadze bundan əvvəl EBRD-nin Dayanıqlı İnfrastruktur Qrupunda direktor müavini və baş bankir kimi fəaliyyət göstərib. Tea Melikadzenin infrastruktur və enerji sektorlarında 15 ildən artıq iş təcrübəsi var. O, EBRD-də Qafqaz regionunda nəqliyyat, su və tullantı sularının idarə edilməsi, eləcə də tullantıların idarə olunması sahələrində layihələrin hazırlanması və portfelin idarə edilməsinə cavabdeh olub. Tea Melikadze, həmçinin EBRD-nin “Yaşıl şəhərlər” proqramının yaradılmasında iştirak edən mütəxəssislərdən biridir.

    Qeyd edək ki, EBRD-nin Qafqaz regionu üzrə rəhbəri isə Alkis Drakinosdur.


    EBRD-yə Qafqaz üzrə rəhbər təyinatı olub
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    13 Oktyabr 2026