• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Rəşid Mahmudov Elza Seyidcahana 500 manat ödəyəcək

SİYASƏT

07 Oktyabr 2026 | 11:40 | Müəllif: Əli Hüseynov

Rəşid Mahmudov Elza Seyidcahana 500 manat ödəyəcək

Əməkdar artist, bəstəkar Elza Seyidcahanın (Qasımova) tibb elmləri namizədi Rəşid Mahmudova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, mülki iddiaya Yasamal rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb.

    Prosesdə Elza Seyidcahanın vəkili Elşən Behbudov mülki iddianın təmin olunmasını məhkəmədən xahiş edib.

    Məhkəmə iddianın qismən qəmin edilməsi barədə qərar qəbul edib. Qərara əsasən, Rəşid Mahmudov Elza Seyidcahana mənəvi ziyana görə, 500 manat məbləğində vəsait ödəməlidir.

    Qeyd edək ki, Elza Seyidcahan Rəşid Mahmudovun efirdə onun barəsində təhqiramiz ifadə işlətdiyini iddia edərək məhkəməyə müraciət edib. O, Rəşid Mahmudovun mənəvi zərərə görə ona 10 min manat ödəməsini istəyib. 


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    16 Noyabr 2026