• Bakı 8° C

    0.17 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qəzzadan İsrailə raket atıldı

DÜNYA

08 Yanvar 2026 | 15:13

Qəzzadan İsrailə raket atıldı

İsrail Müdafiə Ordusu (IDF) Qəzza şəhəri ərazisindən İsrail ərazisinə doğru uğursuz raket atışı qeydə alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Times of Israel"ə məlumat yayıb.

Hərbçilərin məlumatına görə, mərmi Qəzza zolağındakı İsrail postları yaxınlığında yerləşən xəstəxananın yaxınlığına düşüb.

Ölən və ya yaralananlar barədə məlumat yoxdur.

İsrail Müdafiə Ordusu Qəzza zolağındakı raket buraxılış meydançasına məqsədyönlü zərbə endirdiyini bildirib.

IDF qeyd edib ki, Qəzzadakı radikal qruplaşmaların İsrail qüvvələrinə və ya mülki əhaliyə hücum cəhdlərinin qarşısı son dərəcə amansızlıqla alınacaq./Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026