Gürcüstan hökuməti Zaza Kandelakinin İsrail Dövlətindəki səfiri vəzifəsindən azad edilməsi üçün Prezident Mixeil Kavelaşviliyə təklif təqdim edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı sənəddə deyilir ki, o, 20 dekabr 2025-ci il tarixindən etibarən rotasiya prinsipi əsasında vəzifəsindən vaxtından əvvəl geri çağırılacaq.
Fərmanı Gürcüstanın Baş naziri İrakli Kobaxidze imzalayıb.
Kandelaki bu vəzifəyə 2024-cü ilin yanvar ayında o vaxtkı Baş nazir İrakli Qaribaşvilinin tövsiyəsi ilə təyin edilib. Onun hansı səbəbdən geri çağırılacağı bilinmir.
Bakı 



