Fransanın Paris şəhərətrafı Meudon bölgəsində yaşayan 38 yaşlı rusiyalı jurnalist Yevgeni Safronov ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb. Qeyd olunub ki, jurnalist yaşadığı binanın qarşısında ağır vəziyyətdə tapılıb və xəstəxanada dünyasını dəyişib.
İlkin araşdırma zamanı Safronovun mənzilində rus dilində qeydlər aşkarlanıb. Yerli mediada onun bir müddət əvvəl yaxınlarına narahatlıq doğuran məzmunlu məktub göndərdiyi, habelə kiberhücumların qurbanı olduğunu iddia etdiyi bildirilir. Polis mümkün təhdid ehtimalını da araşdırır.
Faktla bağlı istintaq davam edir.
Bakı 




