• Bakı C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.2154

Keçmiş fransalı nazir Epşteynlə əlaqədə şübhəli bilinir

DÜNYA

07 Fevral 2026 | 19:09

Keçmiş fransalı nazir Epşteynlə əlaqədə şübhəli bilinir

Fransanın Milli Maliyyə Prokurorluğu keçmiş mədəniyyət naziri Cek Lanq və qızı Karolinanı Epşteyn işinə görə istintaqa cəlb edib.

Bakıvaxtı.az xəbər verir ki, onlar çirkli pulların yuyulmasında ittiham olunurlar.

Prokurorlar diqqəti 2016-cı ildə Karolin Lanq və Epşteyn tərəfindən Vircin adalarında qeydiyyatdan keçirilmiş ofşor şirkətə yönəldiblər. Cek Lanqın özü də şirkətin sahibləri arasında idi. Bundan əlavə, Epşteynin vəsiyyətnaməsində keçmiş fransız məmurunun qızının 5 milyon dollara haqqı olduğu qeyd olunur.

Lanq tezliklə Epşteyn işi ilə bağlı Fransa Xarici İşlər Nazirliyinə çağırılacaq. Onun rəhbərlik etdiyi Ərəb Dünyası İnstitutu istefa tələbi ilə çıxış edib, amma keçmiş nazir bundan imtina edib./Teleqraf 


SON XƏBƏRLƏR

06 Fevral 2026