• Bakı C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Misirdən xəbərdarlıq: genişmiqyaslı xaos...

DÜNYA

09 Mart 2026 | 18:34

Misirdən xəbərdarlıq: genişmiqyaslı xaos...

Misir Xarici İşlər Nazirliyi bölgədə artan gərginliklə bağlı xəbərdarlıq edərək, ərəb ölkələrinin suverenliyini hədəf alan hücumların dayandırılmasına çağırış edib.

Bakıvaxtı.az xəbər verir ki, nazirliyin açıqlamasına görə, ölkənin xarici işlər naziri Bədr Abdulati Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İtaliya, Belçika və Lüksemburqdan olan həmkarları ilə telefon danışıqları aparıb.

Söhbətlər zamanı regionda baş verən son hadisələr və təhlükəli hərbi gərginlik fonunda mövcud vəziyyət müzakirə olunub.

Abdulati bildirib ki, gərginliyin azaldılması və siyasi dialoqun başlanması üçün həm regional, həm də beynəlxalq səylər artırılmalıdır.

Misir rəsmisi hərbi əməliyyatların genişlənməsi riskinə diqqət çəkərək bunun bütün regionun təhlükəsizliyi və sabitliyi üçün ciddi təhdid yaratdığını vurğulayıb.

O, həmçinin ərəb ölkələrinin suverenliyini hədəf alan hücumları qəti şəkildə rədd etdiklərini bildirib. Abdulati hücumların dərhal dayandırılmasının və regionun genişmiqyaslı xaosa sürüklənməsinin qarşısının alınmasının vacibliyinə diqqət çəkib./Trend


SON XƏBƏRLƏR