ABŞ və İsrail aviasiyası fevralın 28-dən həyata keçirdikləri birgə əməliyyat nəticəsində İranın 18 əsas aviabazasından 10-nu sıradan çıxarıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin "Alma" müdafiə tədqiqatları mərkəzi məlumat yayıb.
Mərkəz bildirir ki, Tehranın Mehrabad hava limanında, Təbriz, Şiraz, Konarak, İsfahan, Kirmanşah və Zahedanda yerləşən ən böyük aviabazalar da onların sırasındadır ki, bu da İranın öz taktiki aviasiyasından istifadə imkanlarını əhəmiyyətli dərəcədə azaldıb.
Bundan başqa, əsas aviabazalarla yanaşı, taktiki aviasiya tərəfindən istifadə oluna bilən İranın doqquz aerodromu da zərbələrə məruz qalıb.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-dən İrana qarşı hərbi əməliyyat keçirir.
Bakı 




