Mahaçqalada bir kişiyə teleqramda "Donald Tramp" ləqəbini istifadə etməklə erməniləri təhqir etdiyinə görə inzibati xəta ittihamı irəli sürülüb.
Bakıvaxtı.az xəbər verir ki, ittihamlar Mahaçqalanın Leninski Rayon Məhkəməsində qeydə alınıb.
Məhkəmə 33 yaşlı Tofiq İsmayılovu Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.3.1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilib və ona 10 min rubl cərimə kəsib.
İş materiallarına görə, "Donald Tramp" ləqəbli istifadəçinin şərhlərində ermənilərə qarşı qanunsuz hərəkətlərə təhrik edən ifadələr yer alıb.
Zeynəb Rzayeva
Bakı 




