Avropa İttifaqının 150 milyard avro büdcəyə malik yeni müdafiə təşəbbüsü (Security Action for Europe - SAFE) çərçivəsində Yunanıstanın təqdim etdiyi təkliflər düzəlişlər edilməsi üçün geri qaytarılıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Aİ-nin rəsmi nümayəndəsi Toma Renye qeyd edib ki, bu, adi təcrübədir və bunda hər hansı bir gizli məna axtarmaq lazım deyil.
"Biz dekabrın 1-də Aİ dövlətlərindən 19 milli planın daxil olduğunu təsdiq etdik", - o deyib.
Renyenin sözlərinə görə, bu planların təhlili mərhələsində müəyyən suallar yarana bilər. Yunanıstanla bağlı bu hal baş verib. Aİ bu məsələyə aydınlıq gətirilməsi üçün milli hakimiyyət orqanlarına müraciət edib.
O, yaranan sualların mahiyyətinə dair təfərrüatları açıqlamaqdan imtina edib, çünki bu milli planların məzmunu vacib və məxfidir.
Yunanıstan sentyabrda SAFE çərçivəsində təxminən 790 milyon avro məbləğində vəsait almaq üçün müraciət edib. Bir sıra mənbələrin məlumatına görə, bundan sonra Afina Kiprlə birgə müraciət imkanlarını müzakirə edib. İlkin bölgüyə əsasən, Kiprin tələb etdiyi məbləğ 1,18 milyard avro təşkil edib./report
Bakı 



