• Bakı 10° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.2094

Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

DÜNYA

09 Dekabr 2025 | 21:31

Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.

Məhdudiyyətlər siyahısına filosof Aleksandr Duqin, "Rıbar" hərbi-analitik mərkəzinin rəhbəri Mixail Zvinçuk əlavə edilib.

Rusiyanın xaricdə yaşayan soydaşların müdafiə və dəstəyi ilə məşğul olan Fonduna da sanksiya tətbiq olunub. Həmçinin Geosiyasi Ekspertiza Mərkəzi, "Qolos" informasiya resursları və "Euromore" də məhdudiyyətlərlə üzləşib.

Bundan sonra həmin şəxslər Böyük Britaniyaya səfər edə bilməyəcəklər və aşkar olunduğu təqdirdə onlara aid səhmlər dondurulacaq.


SON XƏBƏRLƏR