• Bakı 10° C

    7.71 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Makron Qrenlandiya və Kanadaya görə narahatdır

DÜNYA

08 Yanvar 2026 | 19:53

Makron Qrenlandiya və Kanadaya görə narahatdır

Fransa Prezidenti Emmanuel Makron səfirlərlə görüşündə ABŞ administrasiyasının iddiaları fonunda Qrenlandiya və Kanadanın suverenliyi ilə bağlı narahatlığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Makronun sözlərinə görə, insanlar hər gün Qrenlandiyanın işğal olunub-olunmayacağını və Kanadanın ABŞ-ın 51-ci ştatı olmaq təhlükəsi ilə üzləşib-üzləşməyəcəyini soruşurlar.

Prezident qeyd edib ki, səfirlərin görüşündə iştirak edən bir çox şəxs müzakirələr zamanı bu məsələləri müzakirə ediblər.

Fransa lideri hesab edir ki, qlobal proseslərin idarə olunmasında beynəlxalq təşkilatların rolunu artırmağın vaxtı gəlib çatıb.

Makron vurğulayıb ki, indi BMT-nin rolunu gücləndirmək üçün ən uyğun andır".


SON XƏBƏRLƏR