Rusiyanın İvanovo vilayətində qəzaya uğrayan "An-22" təyyarəsindəki bütün heyət üzvləri həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Rusiya İstintaq Komitəsinin hərbi istintaq orqanları hadisə ilə bağlı cinayət işi açıb. Cinayət işi uçuşa hazırlıq qaydalarının pozulması ilə bağlı açılıb.
Hadisə sınaq uçuşu zamanı baş verib. An-22 təyyarəsi İvanovo vilayətinin İvankovo kəndi yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində yalnız heyət üzvləri olub.
***14:18
"An-22" təyyarəsi Rusiyanın İvanovo vilayətindəki Uvodskoye su anbarı ərazisində qəzaya uğrayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.
Xilasedicilər hadisə yerinə gedib. Təyyarənin qalıqları suda tapılıb. Məlumata görə, "An-22" təmirdən sonra planlı uçuş həyata keçirirmiş.
***
13:53
Rusiyanın İvanovo vilayətinin Furmanov rayonunda "An-22" təyyarəsi qəzaya uğrayıb.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı REN TV yayıb.
Təyyarədə yeddi heyət üzvü olub.
Yaralılar barədə məlumat dəqiqləşdirilir.
İlkin məlumata görə, təyyarə Rusiya Müdafiə Nazirliyinə məxsusdur. (oxu.az)
Bakı 




