• Bakı 10° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.2094

Paşinyan Almaniya Prezidenti ilə sülh gündəliyini müzakirə etdi

DÜNYA

09 Dekabr 2025 | 20:21

Paşinyan Almaniya Prezidenti ilə sülh gündəliyini müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan və Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Cənubi Qafqaz regionunun sülh gündəliyindəki irəliləyişləri müzakirə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Paşinyan "X" sosial şəbəkəsində yazıb.

"Biz Ermənistanla Almaniya arasında əlaqələrin möhkəmləndirilməsi, Avropa İttifaqı ilə demokratiyaya sadiqlik və qanunun aliliyi əsasında tərəfdaşlığın genişləndirilməsini müzakirə etdik. Həmçinin regionda sülh prosesindəki irəliləyişlər barədə fikir mübadiləsi apardıq", - deyə paylaşımda qeyd olunub.


SON XƏBƏRLƏR