• Bakı 15° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

ABŞ hərbçiləri Qəzza zolağına GEDİR

DÜNYA

10 Oktyabr 2025 | 23:55 | Müəllif: Subhan Mahmudov

ABŞ hərbçiləri Qəzza zolağına GEDİR

ABŞ qoşunları sülh sazişinin şərtlərinə əməl olunmasına nəzarət etmək üçün Qəzza zolağına getməyə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda  “CNN” Pentaqon mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, qoşunların bir hissəsi artıq yerləşdikləri Yaxın Şərq ölkələrindən, digərləri isə ABŞ-nin digər bölgələrdəki komandanlığından gediblər. 200 nəfərlik Amerika kontingenti oktyabrın 12-dək Qəzza zolağına tam olaraq çatacaq.

Sektorda ABŞ-nin monitorinq mərkəzinin yaradılmasının bir neçə gün və ya həftə çəkəcəyi gözlənilir. Onun bəyan edilmiş məqsədi xaosun qarşısını almaq və humanitar agentliklərin rahat fəaliyyətini təmin etməkdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026