ABŞ Prezidenti Donald Tramp gələn həftə Misirə səfəri zamanı bu ölkədə Qəzza zolağında münaqişənin həlli ilə bağlı bir sıra dövlətlərin liderlərinin iştirakı ilə görüş keçirəcəyini planlaşdırır.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "Axios" portalı mənbələrə istinadən xəbər verib.
Nəşr qeyd edib ki, Tramp gələn həftə Misirə səfəri zamanı dünya liderlərinin iştirakı ilə Qəzzaya dair sammit keçirməyi planlaşdırır. Mənbələrin sözlərinə görə, görüşdə Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Qətər, BƏƏ, İordaniya, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və İndoneziyanın liderlərinin və ya xarici işlər nazirlərinin iştirakı gözlənilir.
Yəhudi dövlətinin Baş naziri Binyamin Netanyahunun tədbirdə iştirak etməyəcəyi ehtimal olunur. Görüşün təşkili Misir Prezidenti Abdel Fattah əs-Sisi tərəfindən həyata keçirilir. ABŞ rəsmiləri arasındakı mənbələr Trampın sammitdə iştirak etməyi planlaşdırdığını bildirib. Görüş oktyabrın 13-də və ya 14-də Şarm əş-Şeyxdə baş tuta bilər.