• Bakı 22° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

9 min PKK terrorçusu Türkiyəyə qayıdır

DÜNYA

09 Noyabr 2025 | 23:58 | Müəllif: Əli Hüseynov

9 min PKK terrorçusu Türkiyəyə qayıdır

Nüfuzlu "Röyters" Agentliyi Türkiyə cəmiyyətini silkələyən xəbər yayıb. Agentlik iddia edib ki, İraqın şimalında və Suriyada gizlənən 9 min PKK terrorçusu yaxın aylarda Türkiyəyə qayıdacaq.

Bakıvaxtı.az xəbər verir ki, 'Röyters" Yaxın Şərqdəki mənbələrinə istinadla yaydığı məlumatda detallar açıqlayıb. Məlum olub ki, söhbət onminlərlə insanı əhatə edən geniş aministiyadan getmir.

"Türkiyəyə dönüşü planlaşdırılan 9 min PKK üzvünün heç biri qanlı teraktlarin iştirakçısı olmayıb. Bu qərar günahsız insanların qətlində iştirak etməyən təşkilat üzvlərinə şamil olunacaq"' - Agentlik yazıb.

Məlumatda hazırda Türkiyənin cənub-şərqində dağlıq ərazilərdə gizlənən min nəfər PKK üzvünün silahı təhvil verməyə hazırlaşdığı iddia olunub. Onların yaşadıqları bölgədə münasib işlərlə təmin olunacağı bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026