• Bakı 16° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

ABŞ-də silah zavodunda güclü partlayış - Çox sayda ölən və itkin düşən var

DÜNYA

10 Oktyabr 2025 | 23:26

ABŞ-də silah zavodunda güclü partlayış - Çox sayda ölən və itkin düşən var

ABŞ-nin Tennessi ştatında yerləşən hərbi təyinatlı partlayıcı istehsalı müəssisəsində güclü partlayış baş verib. Çox sayda şəxsin həyatını itirdiyi, həmçinin bir neçə işçidən xəbər alınmadığı bildirilib.

Bakıvaxtı.az xəbər verir ki, Neşvildən təxminən 80 kilometr qərbdə yerləşən Accurate Energetic Systems adlı müdafiə sənayesinə aid partlayıcı istehsalı zavodunda naməlum səbəbdən böyük partlayış qeydə alınıb.

Humphreys County şerifi Kris Devis hadisə ilə bağlı açıqlamasında bunları deyib: "Təəssüf ki, bəzi itkiləri təsdiqləmək məcburiyyətindəyik."

Əraziyə çoxlu sayda axtarış-xilasetmə qrupu cəlb olunub. İtkin düşən işçilərin tapılması üçün əməliyyat davam etdirilir.

Hadisənin dəqiq səbəbi araşdırılır. Ekspert qrupları ərazidə detallı texniki yoxlama aparır. Partlayışdan sonra başlayan yanğın və mümkən ikincil partlayış ehtimalı xilasedici əməliyyatları çətinləşdirir.

Məlumata görə, Accurate Energetic Systems şirkəti - Müdafiə sənayesi, Aviasiya, İnşaat sektorları üçün xüsusi partlayıcı maddələr istehsal edir.

Hadisə ilə bağlı federal və ştat səviyyəsində genişmiqyaslı istintaq başladılıb. Rəsmilər bildirib ki, ərazidə təhlükəsizlik tam təmin edildikdən sonra daha ətraflı məlumat açıqlanacaq./Milli.az


SON XƏBƏRLƏR

10 Oktyabr 2025