Türkiyədə məşhur “Can Holding”də əməliyyat keçirilib.
Bakıvaxtı.az bu barədə “HaberGlobal”a istinadla xəbər verir.
Məlumata görə, əməliyyat çərçivəsində aralarında “Habertürk” və “Show TV” də olmaqla 121 şirkət ə həb qoyulub.
8 nəfər haqqında həbs qərarı çıxarılıb. Onların arasında “Can Holding”in rəhbərləri Mehmet Şakir Can, Kamal Can və Kənan Tekdağ da var.
Onlar “cinayət təşkilatı yaratmaq”, “qaçaqmalçılıq”, “dələduzluq” və “çirkli pulların yuyulması” maddələri ilə ittiham olunurlar.
Murad Məmmədli