• Bakı 27° C

    10.09 m/s

  • USD - 1.7

    EUR - 1.9768

    RUB - 2.1378

Orban Aİ-nin Ukrayna ilə bağlı bəyanatını dəstəkləməyib

DÜNYA

12 Avqust 2025 | 12:00

Orban Aİ-nin Ukrayna ilə bağlı bəyanatını dəstəkləməyib

Macarıstanın baş naziri Viktor Orban Aİ ölkələrinin Ukraynadakı münaqişənin həlli ilə bağlı  bəyanatını dəstəkləməyib.

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, Avropa ölkələrinin sənədində Aİ liderləri Kiyevin Avropaya inteqrasiya siyasətini dəstəkləyiblər.

Orban açıqlamasında "Macarıstan bu bəyanata qoşulmadı" sözlərini söyləyib.

Xatırladaq ki, Amerikanın "Politico" qəzeti yazmışdı ki, Avropa ölkələrinin liderləri nəyin bahasına olursa olsun, Ukrayna prezidenti Vladimir Zelenskinin Alyaskada danışıqlar masası arxasında oturmasını  təmin etmək istəyirlər. Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü avqustun 15-də Alyaskada baş tutacaq. Əsas vurğulanan mövzu Ukraynada sülhdür. Müzakirə olunan təkliflər arasında ərazilərin mübadiləsi və Kiyevin  NATO-ya üzv olmaqdan imtinası ola bilər.

Gülşən Şərif


SON XƏBƏRLƏR