Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Ukraynada müharibənin daha bir neçə il uzana biləcəyini istisna etməyib.
Bakıvaxtı.az EFE-yə istinadən xəbər verir ki, Kallas müxtəlif inkişaf ssenarilərindən danışıb.
“Düşünürəm ki, ən real ssenari odur ki, müharibə daha bir neçə il davam edəcək. Təəssüf ki, sülh naminə göstərilən səylər, o cümlədən ABŞ Prezidenti Donald Trampın təşəbbüsləri heç bir nəticə vermədi”, – Kallas bildirib.
Onun sözlərinə görə, ən pessimist variantda Ukrayna müəyyən ərazilərindən imtina etməli ola bilər.