• Bakı 20° C

    4.94 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Atəşkəsdən sonra Qəzzanın şimalına qayıdanların SAYI

DÜNYA

11 Oktyabr 2025 | 10:50

Atəşkəsdən sonra Qəzzanın şimalına qayıdanların SAYI

Atəşkəs elan edildiyi andan etibarən, Qəzza zolağının şimalına təqribən 200 min nəfər qayıdıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sky News" Qəzzada HƏMAS-ın nəzarətində olan Mülki Müdafiə Agentliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, İsrail və HƏMAS atəşkəs barədə razılığa gəliblər. Razılaşma oktyabrın 10-da İsrail qoşunlarının Qəzzadan qismən çıxarılmasından sonra qüvvəyə minib.

Sənədə əsasən, tərəflər döyüş əməliyyatlarını tamamilə dayandırmağı, girov və məhbusların mübadiləsinin aparılması üçün təhlükəsiz şəraiti təmin etməyi öhdələrinə götürüblər.


SON XƏBƏRLƏR

10 Oktyabr 2025